FTB rəhbəri Trampı qəzəbləndirib

Tramp Federal Təhqiqat Bürosunun rəhbəri Kristofer reyi sui-qəsd cəhdi ilə bağlı səriştəsiz araşdırmaya görə tənqid edib...

Pensilvaniya ştatında seçki kampaniyası zamanı sui-qəsd nəticəsində yaralanan keçmiş ABŞ prezidenti Donald Tramp FTB direktoru Kristofer Reyi hadisə ilə bağlı səriştəsiz araşdırmasına görə tənqid edib.

Poliqon xəbər verir ki, bu barədə Tramp özünə məxsus Truth Social sosial şəbəkəsində yazıb.

“FTB direktoru Kristofer Rey dünən Konqresə deyib ki, mənim qəlpə, şüşə və ya güllə ilə vurulduğuma əmin deyil. Lakin FTB bu iddiaları yoxlamayıb belə”, deyə siyasətçi yazıb.

Trampın qeyd edib ki, xəstəxana onun “qulağın güllə yarası” olduğunu təsdiqləyib.

“Bir vaxtlar məşhur olan FTB-nin ABŞ-ın etibarını itirməsi təəccüblü deyil”, deyə Tramp əlavə edib.

Qeyd edək ki, iyulun 25-də Kristofer Rey Nümayəndələr Palatasının Hüquq Komitəsində keçirilən dinləmələrdə bildirib ki, Donald Trampın güllə və ya qəlpədən yaralanması hələ aydın deyil. Reyin sözlərinə görə, siyasətçinin güllə yarası ala biləcəyinə şübhə var.

Xatırladaq ki, iyulun 13-də Pensilvaniyada mitinq zamanı Donald Trampa sui-qəsd edilib. Siyasətçiyə bir neçə dəfə atəş açılıb, bundan sonra qulağı qanlı halda səhnədən götürülüb və xəstəxanaya yerləşdirilib. Müalicə aldıqdan sonra Tramp xəstəxanadan buraxılıb.

Poliqon.info