BMT-nin baş katibi: Son günlər dünyada orta gündəlik temperatur rekordlar qırır...

BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, dünyada milyardlarla insan həddindən artıq istilərin “epidemiyası” ilə üzləşib...

Poliqon xəbər verir ki, BMT-nin baş katibi bu barədə mətbuat konfransında danışıb. Baş katibin sözlərinə görə, son günlər dünyada orta sutkalıq temperatur rekordları qırılır.

“Avropa İttifaqının İqlim Dəyişiklikləri Xidməti (Kopernik) ötən bazar günü, iyulun 21-i tarixdə ən isti gün elan edib. Bundan sonra, iyulun 22 və 23-də temperatur "eyni diapazonda" yüksəlməyə davam edib. Başqa sözlə, ötən bazar, bazar ertəsi və çərşənbə axşamı tarixdə qeydə alınan ən isti üç gün olub”, deyə Quterreş bildirib.

BMTnin baş katibi qeyd edib ki, Yer kürəsi getdikcə istiləşir və hamı üçün daha təhlükəlidir.

“Milyardlarla insan həddindən artıq isti epidemiyası ilə üz-üzədir”, deyə Quterreş vurğulayıb.

Poliqon.info