Bir qrup insan Ağ Evin qarşısında Netanyahunun Baydenlə görüşünə etiraz edib - Foto

Ötən gün ABŞ Konqresindəki çıxışı kifayət qədər mübahisəyə səbəb olan İsrailin baş naziri Benyamin Netanyahu bu gün Ağ Evdə ABŞ prezidenti Co Baydenlə görüşüb...

APA xəbər verir ki, Fələstin tərəfdarları Ağ Evin qarşısına toplaşaraq Netanyahunun çıxışına və prezident Co Baydenlə görüşünə etiraz ediblər.

Nümayişçilər İsrailin Fələstində yürütdüyü siyasətə qarşı şüarlar səsləndirib, posterlər nümayiş etdiriblər.

Poliqon.info