MN: Tovuz istiqamətində kəşfiyyat uçuşu edən Ermənistan PUA-sı ərazidən uzaqlaşdırılıb

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter iyulun 25-də saat 10:55 radələrində Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib...

Bu barədə Poliqon-a Müdafiə Nazirliyindən (MN) bildirilib.

"Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının (PUA) fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb", - məlumatda qeyd olunub.

Poliqon.info