Politoloq: İndiki məqamda Şimali Kipr Türk Cümhuriyyətinin Türkiyəyə birləşməsi real deyil...

Şimali Kipr Türk Cümhuriyyətnin nəqliyyat və inkişaf naziri Erhan Arıklı maraqlı təklif səsləndirib...

Turan Rzayev: “Nazir əsas məqsədin Kiprin şimalında türk varlığının qorunması olduğunu bildirib”.

“Erhan Arıklının təklifi böyük ehtimalla subyektivdir. Yəni heç də bütün Şimali Kipr siyasi elitası onunla eyni düşüncədə olmaya bilər”.

Bu sözləri politoloq Turan Rzayev Şimali Kipr Türk Cümhuriyyətnin nəqliyyat və inkişaf naziri Erhan Arıklının son fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Şimali Kipr Türk Cümhuriyyətnin nəqliyyat və inkişaf naziri Erhan Arıklı maraqlı təklif səsləndirib. Onun sözlərinə görə, əgər Şimali Kipr müstəqil dövlət kimi tanınmasa, o zaman Türkiyənin tərkibində muxtar respublika statusuna keçilməsinə baxıla bilər. Nazir əsas məqsədin Kiprin şimalında türk varlığının qorunması olduğunu bildirib. E.Arıklı alternativlər üzərində düşündüklərini deyib.

Bu təklif nə qədər real ola və hansı nəticələr doğura bilər?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Erhan Arıklının təklifi, indiki məqamda, mümkün deyil”.

Kipr Respublikasının Aİ üzvü olduğunu xatırladan politoloq əlavə edib ki, Türkiyənin ittifaqa üzvlüyü prosesi davam edir. Belə bir təşəbbüs Türkiyənin Aİ üzvlüyünün dayandırılmasına və NATO üzvlüyünün sual altına düşməsinə səbəb ola bilər:

“Nazir əsas məqsədin Kiprin şimalında türk varlığının qorunması olduğunu bildirib. Digər mühüm məqam Arıklının Azərbaycanın tərkibində olan Naxçıvan Muxtar Respublikasını misal gətirərək təklifini arqumentləşdirməsidir.

Əslində, adanın birləşməsi yönündə bir neçə dəfə türk və yunan tərəfi arasında danışıqlar olub. Lakin yunan tərəfinin postenoziz düşüncəsi bu danışıqları da nəticəsiz edib.

Erhan Arıklının təklifi, indiki məqamda, mümkün deyil:

Birincisi, belə bir birləşmə qərarı işğalçı fəaliyyət kimi qiymətləndiriləcək. Çünki həm Kipr Respublikasının, həm də Türkiyə Cümhuriyyətinin ərazisi beynəlxalq hüquqla qəbul edilib. Adanın şimalının Türkiyəyə birləşməsi açıq şəkildə Kiprin ərazi bütövlüyünün pozulmasıdır.

İkincisi, Kipr Respublikası Aİ üzvüdür. Türkiyənin isə ittifaqa üzvlüyü prosesi davam edir. Belə bir təşəbbüs Türkiyənin Aİ üzvlüyünün dayandırılmasına və NATO üzvlüyünün sual altına düşməsinə səbəb ola bilər.

Turan Rzayev: “İndiki məqamda Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin tanınması daha realdır”.

Üçüncüsü, Erhan Arıklının təklifi böyük ehtimalla subyektivdir. Yəni heç də bütün Şimali Kipr siyasi elitası onunla eyni düşüncədə olmaya bilər. Bundan başqa, belə bir birləşməni rəsmi Ankara da qəbul etməyəcək.

İndiki məqamda Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin tanınması daha realdır. Məsələ onsuz da TDT gündəmindədir. Rəsmi Bakı da əvvəlki illərə nisbətdə buna isti baxır. Yaxın 5 il ərzində bu dövlətin müstəqilliyi türk dövlətləri tərəfindən tanına bilər. Sadəcə, təmkinli, ağıllı və strateji addımlar atılmalı, Bakı və Ankara ilə təmaslar daha intensivləşdirilməlidir”.

Nərminə UMUDLU Poliqon.info