Ödənişli yolda qəzada xəsarət alan səkkiz nəfərin kimliyi məlum olub - Yenilənib

Ödənişli yolda avtomobil qəzası nəticəsində xəsarət alan səkkiz şəxsin kimliyi məlum olub...

"Report"un Şimal bürosunun məlumatına görə, Bakı-Quba-Rusiya ödənişli avtomobil yolunun Xaçmaz rayonundan keçən hissəsində, "Chery", "Kia" və "Chevralet" markalı minik avtomobillərinin iştirakı ilə baş vermiş qəza nəticəsində Sumqayıt şəhər sakinləri- 2010-cu il təvəllüdlü Sərdarlı Aylin, 2006-cı il təvəllüdlü Əliyeva Məryəm, 2010-cu il təvəllüdlü Ömər Əli və Bakı şəhər sakinləri 1993-cü il təvəllüdlü Rəfiyeva Gülgün, 2015-ci il təvəllüdlü Rəfizadə Fatimə, 1952-ci il təvəllüdlü Hüseynova Güldəstə, 1990-cı il təvəllüdlü Hüseynova Güldəstə və 1979-cu il təvəllüdlü Huseynova Ədibə müxtəlif dərəcəli xəsarət alıblar.

Yaralılar tibbi yardım olunduqdan sonra yaşayış ünvanları üzrə həkim nəzarətinə göndəriliblər. Onların Şimal bölgəsinə istirahətə getdikləri bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, zəruri istintaq tədbirləri görülür.

***

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi ödənişli avtomobil yolunda qəza olub.

Yolun Xaçmaz rayonunun Hülövlü kəndi yaxınlığından keçən hissəsində 3 avtomobil qəzaya uğrayıb.

Öncə "Chery" markalı minik avtomobili idarəetməni itirərək aşıb. Daha sonra hadisə yerində dayanmaq istəyən "KİZ" markalı avtomobilə arxadan gələn "Chevrolet" markalı nəqliyyat vasitəsinə çırpılıb.

Ümumilikdə 8 nəfər müxtəlif dərəcəli xəsarətlar alıb. Onlar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info