Barak Obama Kamala Harrisi dəstəkləməkdən niyə imtina edib?

ABŞ-ın keçmiş prezidenti Barak Obama vitse-prezident Kamala Harrisin prezident seçkilərində demokrat namizəd kimi mümkün irəli sürülməsini dəstəkləməyib...

ABŞ-ın ilk qara dərili sabiq prezidenti Harrisinrespublikaçı Donald Trampı məğlub etmək qabiliyyətinə şübhə edir.

Poliqon xəbər verir ki, bu barədə New York Post hazırkı prezident Co Baydenə yaxın mənbəyə istinadən yazıb.

"Obama çox üzüldü, çünki onun qalib gələ bilməyəcəyini başa düşür... O, Kamalanı bacarıqsız hesab edir", deyə qəzet mənbədən sitat gətirib.

Obamanın fikrincə, Harris üzləşdiyi çətinliklərin öhdəsindən gələ bilməyəcək, o, yaxşı debatçı deyil və sonda İsrail, Fələstin və ya Ukrayna kimi məsələlərdə səhv bəyanatlar verə bilər.

Qeyd edək ki, Bayden iyulun 21-də seçki yarışından çıxdığını elan edib və Harrisin namizədliyini dəstəkləyib. Obama daha sonra Demokratlar Partiyası liderlərinin "görkəmli namizəd"lə nəticələnəcək bir prosesi təşkil edə biləcəklərinə əminliyini ifadə edib. O, Harrisi dəstəkləməkdən imtina edib.

Tramp da öz növbəsində dəfələrlə bildirib ki, onun üçün hazırkı vitse-prezidenti məğlub etmək Baydendən daha asan olacaq. Bu yaxınlarda verdiyi müsahibədə o, Harrisi "pis və axmaq" adlandırıb.

Poliqon.info