Azərbaycanın İnterpol vasitəsilə axtarışa verdiyi terrorçu Rusiyada ələ keçdi

Rusiyada sənəd yoxlanışı zamanı təsadüfən Azərbaycanın İnterpol vasitəsilə axtarışa verdiyi, "Əl-Qaidə" terror təşkilatının üzvü Elxan İbrahimov saxlanılıb...

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Mash" "Telegram" kanalı yayıb.

Bildirilir ki, 37 yaşlı şübhəli Moskvanın qərb hissəsində, Miçurin prospektində saxlanılıb. Məlum olub ki, saxlanılan şəxs 2013-cü ildə Suriyaya gedərək "Əl-Qaidə"nin yerli bölməsi olan "Cəbhət ən-Nüsra" qruplaşmasına qoşulub.

2019-cu ildə Bakı məhkəməsi onun həbsinə sanksiya verib, bundan sonra İbrahimov Qazaxıstan vasitəsilə Rusiyaya qaçıb.

Azərbaycanda İbrahimov cinayətkar qrupun təşkili və silahlı dəstələrin yaradılmasında ittiham olunur.

Poliqon.info