Co Bayden: Prezidentliyimin sonuna qədər Putini dayandırmağa çalışacam...

ABŞ prezidenti Co Bayden prezidentlik müddətinin sonuna kimi vəzifələrini icra edəcəyini açıqlayıb və səlahiyyət müddətinin son 6 ayı üçün əsas prioritetləri adlandırıb...

Poliqon-nun məlumatına görə, Bayden xalqa videomüraciəti zamanı qeyd edib ki, Qəzza zolağında müharibəyə son qoymağa və Ukraynada Vladimir Putini dayandırmağa çalışacaq.

"Ukraynanı ələ keçirməyə çalışan Putini dayandırmaq üçün qürurlu xalqların koalisiyasını birləşdirməyə davam edəcəyik", deyə Bayden bildirib.

ABŞ prezidenti həmçinin qeyd edib ki, NATO-nu əvvəlkindən daha güclü, daha güclü birləşmiş saxlamağa çalışır. Beynəlxalq prioritetlər arasında Bayden İsrail və HƏMAS arasında müharibənin bitməsini qeyd edib.

"Mən Qəzzada müharibəni bitirmək üçün işləməyə davam edəcəyəm. Bütün girovları vətənə qaytarmaq, Yaxın Şərqə sülh və təhlükəsizlik gətirmək və bu müharibəyə son vermək əsas hədəfimdir", deyə ABŞ prezidenti əlavə edib.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden Ağ Evin Oval kabinetindən xalqa müraciət edib. Videomüraciət zamanı o, estafeti yeni nəsilə ötürərək, seçkilərdən namizədliyini geri götürməsi ilə izah edib. Bayden dünyadakı ləyaqətinə və liderliyinə görə özünü ikinci müddətə layiq gördüyünü, lakin demokratiyanın rifahı üçün şəxsi ambisiyalarını qurban verməyə qərar verdiyini söyləyib.

Onu da qeyd edək ki, Demokratlar Partiyasından prezidentliyə namizəd böyük ehtimalla vitse-prezident Kamala Harris olacaq. O, seçki yarışında Respublikaçı Donald Trampla mübarizə apacaq.

Poliqon.info