COP29 çərçivəsində "Vahid sağlamlıq" yanaşmasına həsr olunan konfrans keçiriləcək

COP29 çərçivəsində "Vahid sağlamlıq" yanaşmasına həsr olunan konfrans keçiriləcək...

Bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev "Vahid sağlamlıq: Sektorlararası dialoqla COP29-a hazırlıq" adlı simpoziumda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qloballaşma dövründə vahid sağlamlıq konsepsiyasının həyata keçirilməsi və qarşıya qoyulan problemlerin aradan qaldırılması, dünya əhalisinin sağlamlığını və təhlükəsiz qidanın hamı üçün əlçatan olmasını təmin etmək, ətraf mühitin ekoloji tarazlığının qorunması məqsədilə bütün dünya ölkələrinin qarşılıqlı əməkdaşlıq çərçivəsində işlər görməsi zəruridir.

Sədr müavini bildirib ki, buna görə Azərbaycanda keçiriləcək COP29 beynəlxalq səviyyəli tədbirdə bu məsələ də prioritet olacaq: "Artıq Agentlik noyabrın 19-da COP29 tədbiri üzrə proqrama daxil edilən Ərzaq, Kənd təsərrüfatı və Su Günü çərçivəsində həm mavi zonada, həm də yaşıl zonada "Vahid sağlamlıq" yanaşmasına həsr olunan konfransın keçirilməsini təklif edib və bununla bağlı müvafiq rəsmi müraciətlər ünvanlanıb".

Poliqon.info