Vladimir Putin Kremldə Bəşər Əsədi qəbul edib

Prezident Vladimir Putin Rusiyaya səfərə gələn Suriya prezidenti Bəşər Əsədlə Kremldə görüşüb...

Poliqon xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Kremlin mətbuat xidməti danışıqların əvvəlindən video yayımlayıb. Putin bildirib ki, o, Yaxın Şərq regionundakı vəziyyəti Əsədlə müzakirə etmək istəyir. Rusiya prezidenti qeyd edib ki, Yaxın Şərqdə vəziyyətin “pisləşməyə meyli var”.

Putinin sözlərinə görə, ticarət-iqtisadi sahədə də bir çox məsələlər var.

Bəşər Əsəd cavabında bildirib ki, “son onilliklər ərzində ölkələrimiz çox çətin sınaqlardan keçib”, lakin onlar arasında münasibətlər “etimad səviyyəsi”ni qoruyub.

Qeyd edək ki, Suriya prezidenti sonuncu dəfə Rusiyaya 2023-cü ilin martında səfər edib.

Xatırladaq ki, 2024-cü ilin əvvəlindən müxtəlif medialar mənbələrə istinadən xəbər verir ki, Bəşər Əsədlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş Rusiyada baş tuta bilər.

Poliqon.info