Baydenin Qəzza zolağında münaqişəni həll etmək planı açıqlanıb

Bayden Qəzzada sülhə nail olmaq üçün Netanyahuya “təzyiq” etmək niyyətindədir...

ABŞ prezidenti Co Bayden Qəzza zolağında münaqişənin həlli və girovların azad edilməsi üçün İsrailin baş naziri Benyamin Netanyahuya “çox təzyiq göstərmək” niyyətindədir.

Poliqon xəbər verir ki, bu barədə Politico qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Prezident Co Baydenin Qəzzada atəşkəs əldə etmək üçün cümə axşamı İsrailin baş naziri Benyamin Netanyahuya daha çox təzyiq göstərəcəyi gözlənilir”, deyə qəzet yazır.

Adının açıqlanmasını istəməyən Bayden administrasiyasının rəsmiləri bildiriblər ki, Amerika lideri ABŞ-a səfər edən İsrailin baş naziri ilə görüşərkən Netanyahu ilə münasibətlərdə daha sərt mövqe tutmağa çalışacaq.

“Politico” yazır ki, Bayden Netanyahuya HƏMAS-ın əlində olan girovları azad etmək və döyüşlərə son qoymaq üçün qruplaşma ilə razılığa gəlməyin vacibliyini qeyd edəcək.

Poliqon.info