Kobaxidze: Müxalifətin qələbəsi ölkəni Rusiyanın ikinci cəbhəsinə çevirəcək...

Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, müxalifət oktyabrda keçiriləcək parlament seçkilərində qalib gələrsə, ölkə Rusiya ilə hərbi qarşıdurmanın ikinci cəbhəsinə çevriləcək...

Poliqon xəbər verir ki, Kobaxidze bunu “Rustavi 2” telekanalına müsahibəsində bildirib. Baş nazir iddiasını onunla izah edib ki, 2022-ci il fevralın 24-dən sonra gürcü müxalifəti hərbçiləri Ukraynadakı döyüş bölgəsinə göndərməyə çağırıb.

“Əgər biz nəzəri olaraq kollektiv “milli hərəkatın” hakimiyyətə gəlməsini təsəvvür edə bilsək (Allah eləməsin, praktikada bu baş verməyəcək, çünki gürcü xalqı ilk növbədə ölkənin maraqlarını qoruyur), mən sizə zəmanət verirəm ki, seçkilərdən sonra 2 -3 ay Gürcüstan ikinci cəbhəyə çevriləcək. Mən malik olduğum məlumata və keçmiş təcrübəmə əsaslanaraq buna zəmanət verirəm”, deyə Kobaxidze bildirib.

Poliqon.info