Tramp: Harris radikal solçu dəli və yalançıdır...

Donald Tramp ABŞ-ın vitse-prezidentini radikal solçu və dəli adlandırıb...

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, ABŞ-ın sabiq prezidenti vitse-prezident Kamala Harrisi yalançı, radikal solçu və dəli adlandırıb.

Şimali Karolinada seçki kampaniyası zamanı çıxış edən Trampın sözlərinə görə, “yalançı Harris” prezident Co Baydenin hər bir fəlakətinin arxasında ultra liberal hərəkətverici qüvvə olub. Tramp vurğulayıb ki, bu “radikal solçu dəli” prezident kürsüsünə keçsə, ölkəni məhv edəcək.

Trampın sözlərinə görə, Harrisin toxunduğu hər şey “tam bir fəlakətə” çevrilir. O, qeyd edib ki, Harris öz siyasəti ilə 20 il əvvəl ABŞ-ın “ən böyük şəhəri” olan, lakin indi yaşamaq mümkün olmayan San-Fransiskonu məhv edib.

Poliqon.info