Kiçik Kennedi ABŞ-ın növbəti prezidentinin adını açıqlayıb

Prezidentliyə namizəd Robert Kennedi: Tramp ABŞ-ın növbəti prezidenti olacaq...

Prezidentliyə müstəqil namizəd kiçik Robert Kennedi bildirib ki, böyük ehtimalla Donald Tramp ABŞ-ın növbəti rəhbəri olacaq.

Poliqon xəbər verir ki, siyasətçi bu barədə Amerikanın NBC telekanalına danışıb.

“Keçmiş prezident Trampın ABŞ-a yenidən rəhbərlik edəcəyi görünür”, deyə kiçik Kennedi qeyd edib.

Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama vitse-prezident Kəmalə Harrisin prezident seçkilərində demokratların namizəd kimi irəli sürülməsini dəstəkləmədiyi, onun respublikaçı Trampı məğlub edə biləcəyinə şübhə ilə yanaşdığı bildirib.

Qeyd edək ki, hazırkı dövlət başçısı Co Baydenin əvəzinə Demokratlar Partiyasından seçki yarışına qatılmaq niyyətində olan Trampla Harris arasında debat sentyabrın 10-da baş tutacaq.

Poliqon.info