Avstraliya bir sıra İsrail vətəndaşlarına qarşı sanksiya tətbiq edib

Avstraliya 7 israilliyə və bir təşkilata qarşı sanksiya tətbiq edib. Qeyd edilrir Avtraliya höküməti fələstinlilərə qarşı zorakılığa görə qətiyyətlə hərəkət edir...

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, Avstraliya hökuməti İordan çayının qərb sahilində fələstinlilərə qarşı zorakılıqda iştirak etdiklərinə görə yeddi israilli və bir təşkilata sanksiya tətbiq edib.

Açıqlamada Kanberranın yeddi İsrail vətəndaşına qarşı məqsədyönlü maliyyə sanksiyaları və səyahət qadağaları tətbiq etdiyi vurğulanır. İordan çayının qərb sahilində fələstinlilərə qarşı zorakılıq tətbiq edən və qanunsuz məskunlaşmada iştirakı üçün bir təşkilata da maliyyə məhdudiyyətləri qoyulub.

Avstraliya Xarici İşlər Departamenti İsraili məskunlaşanlara qarşı zorakılıq törədənləri məsuliyyətə cəlb etməyə və gərginliyi daha da artıran davam edən məskunlaşma fəaliyyətlərini dayandırmağa çağırıb.

Qeyd edək ki, Yaponiya hökuməti də İordan çayının qərb sahilində fələstinlilərə qarşı zorakılıqda iştirak edən israilli köçkünlərə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.

Poliqon.info