Ağ Ev jurnalistlə Baydenin səhhəti ilə bağlı mübahisə edib

Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bir jurnalistlə Baydenin səhhəti ilə bağlı mübahisə edib...

Poliqon xəbər verir ki, Ağ Evin mətbuat katibi Karin Jan-Pyer ABŞ prezidenti Co Baydenin səhhəti ilə bağlı jurnalistlə mübahisə edib. Onların söhbətinin səs yazısı Fox News telekanalında nümayiş etdirilib.

Jurnalist Baydenin pisləşən səhhətini “gizlədən” məmurların kimin əmrlərini yerinə yetirdiyini soruşub. Buna cavab olaraq Jan-Pyer bidirib ki, belə bəyanatlar prezidenti tənqid edənlərdən gəlir. Cavabında jurnalist onun sözünü kəsərək qeyd edib ki, o, bir neçə ildir ki, dövlət başçısının işini izləyir.

Karin Jan-Pyer həmçinin jurnalisti Baydenin yarışdan çıxması ilə bağlı söylədiyi “güclü və vacib” çıxışına diqqət yetirməyə çağırıb.

Başqa bir açıqlamada administrasiya sözçüsü Baydenin yarışı tərk etməsinin səhhəti ilə bağlı olmadığını qeyd edib. O, bunun asan qərar olmadığını vurğulayıb və əmin edib ki, prezidentin özü tezliklə bütün lazımi aydınlıqları verəcək.

Poliqon.info