Kremldən Ermənistana xəbərdarlıq: "Ümid edirik ki, İrəvan Kiyevin seçdiyi yolu seçməyəcək"
"Rusiya ümid edir ki, Ermənistan Ukraynanın vaxtilə seçdiyi yolu seçməyəcək"...
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Ermənistan suveren ölkədir. O özü qarşılıqlı fəaliyyətin prioritet sahələrini seçir. İrəvanın axtarışlarına hörmətlə yanaşırıq, lakin ümid edirik ki, bu axtarışlar vaxtilə Kiyev rejiminin seçdiyi yola gətirib çıxarmayacaq", - Peskov jurnalistlərin suallarını cavablandırarkən deyib.
Poliqon.info