Şolts: Almaniya Ukraynaya qoşun göndərməyəcək

Almaniya Ukraynaya qoşun göndərməyəcək və Rusiya ilə müharibəyə səbəb ola biləcək hər hansı addım atmayacaq...

APA xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Saarbrükkendə vətəndaşlarla danışarkən bildirib.

“Mən Ukraynaya əsgər göndərmirəm. Mən alman pilotları və alman qırıcıları ilə rus təyyarələrini və raketlərini vurmayacağam. Xeyr, bunu etməyəcəyik”, - kansler vurğulayıb.

Poliqon.info