Biləsuvarda baş verən qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Biləsuvarda baş verən yol qəzasında xəsarət alanların kimliyi məlum olub...

APA xəbər verir ki, hadisə nəticəsində Biləsuvar rayon sakinləri Kamal Cəlilov, Şahmar Mənsimov və Araz Xəlilli yaralanıblar.

Bildirilir ki, onların internet şirkətlərindən birinin əməkdaşlarıdır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Aranlı kəndində qeydə alınıb.

Belə ki, idarəetməni itirən sürücü "Niva" markalı minik avtomobilini yolun kənarındakı kafeyə çırpıb.

Hadisə nəticəsində 3 nəfər xəsarət alaraq, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info