Ağdaşda gənc oğlan dostunu bıçaqlayıb

Ağdaşda bıçaqlanma hadisəsi olub...

Lent.az xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.

26 yaşlı Elnur Osmanov aralarında yaranan mübahisə zəminində tanışı, 37 yaşlı Həsənalı İsayevə bıçaqla xəsarət yetirib.

Faktla bağlı Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Poliqon.info