ARDNŞdə böyük qəza - Yenilənib

Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov açıqlamasında deyib ki, dənizdən çıxarılaraq xilas olunmuş 10 nəfərə hadisə yerində ilkin tibbi yardım göstərilib və onlar hazırda şəhərdəki xəstəxanalara gətirilir
M.Həmidov bildirib ki, onlara verilən məlumata görə, dənizə düşmüş daha 7 neftçinin axtarışları hələ davam etdirilir.(virtualaz.org)*   *   *Azərbaycanda dəniz platformasında baş verən partlayış nəticəsində 17 insan suya düşüb.Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda xilasedicilər dənizə düşənlərin böyük əksəriyyətini xilas edib. Axtarişlara FHN-in gəmisi cəlb olunub.Hadisə şahidlərinin verdiyi məlumata görə, axtarışlara FHN-in bir helikopteri də cəlb olunub.Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə "Trend"ə bildirilib ki, hadisə nəticəsində 5 nəfərin xəsarət alması barədə məlumat var. Ancaq bu rəqəm dəyişilə də bilər. Həkim briqadaları hadisə yerində işləyirlər.Virtualaz.org saytının ARDNŞ-ə istinadən verdiyi məlumata görə, N.Nərimanov adına NQCİ-nin ərazisində 441 saylı qəzalı meydançada uçqun baş verib: "Uçqun nəticəsində meydançada olan vaqon evcik dənizə düşüb və meydançanın üstündən keçən 700 diametrlik boru kəmərinin qırılması nəticəsində yanğın baş verib. Yanğının qarşısının alınması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturları, “Vixır-5” yanğınsöndürən gəmisi və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin gəmiləri cəlb olunublar. Hadisənin səbəbləri araşdırılır, müvafiq məlumat veriləcək".Qeyd edək ki, “Azneft” İstehsalat Birliyinin (İB) strukturuna daxil olan Nərimanov adına NQÇİ-nin (NQÇİ) 441 saylı meydançasında partlayış olub. Yanğını ARDNŞ-ın şirkəti söndürüb.*   *   *Neft quyuları olan meydançada baş verən yanğın söndürülüb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, partlayış nəticəsində neftçilərdən biri dənizə düşüb. Hazırda xilasedicilər dənizə düşən bir nəfərin xilas edilməsi istiqamətində tədbirlər görür.*   *   *Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin strukturuna daxil olan Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 441 saylı meydançasında partlayış olub.Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.Hüquq müdafiəçisi dedi ki, rəhbərlik etdiyi təşkilata neft quyuları olan meydançada partlayışın baş verməsi ilə bağlı məlumat daxil olub: “Ölən və yaralananların olduğu deyilsə də bu fakt təsdiqlənməyib. Hələlik dəymiş ziyan barədə də açıqlama verilmir. Xilasetmə işləri aparılır”.Dövlət Neft Şirkətinin mətbuat xidmətindən də faktı təsdiqləyiblər.