Əcnəbilərin “ASAN Viza” sistemində dəyişiklik... - Arzuolunmaz şəxslərin əhv edilməsi doğru addımdır?

Prezident İlham Əliyev ötən gün "“ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb...

Politoloq: “Hal-hazırda Azərbaycan öz ərazilərini tam şəkildə azad edib və suverenliyini bərpa edəndən sonra, visa qanununda dəyişikliyin edilməsini müsbət hal hesab edirəm”.

“Əslində, bu addımın mahiyyəti həm də ondan ibarətdir ki, həmin şəxslər o cümlədən, xarici ölkə vətəndaşları işğaldan azad olunmuş bölgələrə səfər etməklə orada aparılan bərpa-quruculuq, yenidənqurma işləri ilə tanış ola bilərlər”.

Bu sözləri politoloq Oktay Qasımov əcnəbilərin “ASAN Viza” sistemində edilən dəyişikliyi Poliqon-a şərh edərkən qeyd edib.

Prezident İlham Əliyev ötən gün "“ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Fərmana əsasən, əcnəbilərin “ASAN Viza” sistemi vasitəsi ilə elektron viza alması üçün tələb olunan məlumatların siyahısında dəyişiklik edilib. Beləliklə, artıq əcnəbilərdən sistemə Ermənistan Respublikası tərəfindən işğal edilən Azərbaycan Respublikasının keçmiş “Dağlıq Qarabağ” bölgəsinə və digər rayonlarına 1991-ci ildən sonra səfər edib-etmədiyi barədə məlumat daxil etməsi tələb olunmayacaq. Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir. Bu sənədə görə, Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslərin siyahısına daxil etdiyi əcnəbilərin bundan sonra Azərbaycan Respublikasına giriş-çıxışının necə ola biləcəyi maraq doğurur.

Bəs, arzuolunmaz şəxslərin Qarabağın işğaldan azad edilməsindən sonra şərtlərin dəyişməsinə görə əfv edilməsi doğru addımdır?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Oktay Qasımov ilə müzakirə edib.

Oktay Qasımov: “Azərbaycana qarşı beynəlxalq səviyyədə aparılan qərəzli kompaniyanın nə qədər əsassız olduğunu göstərmək imkanları daha da artır”.

Həmin şəxslərə də nə qədər qərəzli mövqe tutmalarına baxmayaraq müəyyən əhv verildiyini vurğulayan politoloq bildirib ki, bundan sonra onlar Azərbaycan Respublikasının qanunları əsasında Azərbaycan Respublikasına o cümlədən, işğaldan azad olunan ərazilərə azad şəkildə səyahət edə bilərlər:“Bildiyimiz kimi, işğal dövründə bir çox xarici ölkə vətəndaşları qeyri-qanuni olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə o cümlədən, Qarabağ bölgəsinə Ermənistan Respublikası üzərindən səyahətlər edirdilər. Qeyd olunan hallarla bağlı Azərbaycan Respublikası da konkret addımlar atıb. Həmin şəxslər qara siyahıya salınıblar.

Hal-hazırda Azərbaycan öz ərazilərini tam şəkildə azad edib və suverenliyini bərpa edəndən sonra, visa qanununda dəyişikliyin edilməsini müsbət hal hesab edirəm. Çünki artıq bundan sonra həmin şəxslərə də nə qədər qərəzli mövqe tutmalarına baxmayaraq müəyyən əhv verilir. Bundan sonra onlar Azərbaycan Respublikasının qanunları əsasında Azərbaycan Respublikasına o cümlədən, işğaldan azad olunan ərazilərə azad şəkildə səyahət edə bilərlər.

Əslində, bu addımın mahiyyəti həm də ondan ibarətdir ki, həmin şəxslər o cümlədən, xarici ölkə vətəndaşları işğaldan azad olunmuş bölgələrə səfər etməklə orada aparılan bərpa-quruculuq, yenidənqurma işləri ilə tanış ola bilərlər. Eyni zamanda, Azərbaycana qarşı beynəlxalq səviyyədə aparılan qərəzli kompaniyanın nə qədər əsassız olduğunu göstərmək imkanları daha da artır.

Bu baxımdan hesab edirəm ki, bu fərman müsbət əhəmiyyətə malik olan bir fərmandır”.

Nərminə UMUDLU Poliqon.info