Erməistanda qalmaqal: Futbol klubu ilə aviaşirkət arasında nə baş verib?

"Ararat-Ermənistan" futbol klubu "FlyOne" təyyarəsinin İrəvan-Kişinyov reysi ilə bağlı insidentə aydınlıq gətirib...

Poliqon xəbər verir ki, klub bununla bağlı açıqlama yayıb.

Daha əvvəl təyyarənin sərnişinlərindən biri Sputnik Ermənistan-a bildirib ki, iyulun 23-də onların bir çoxuna klubun futbolçularını mindirməyə icazə verilməyib. Nəticədə onlarla sərnişin Moldovaya uça bilməyib.

Bununla bağlı "Ararat-Ermənistan"ın mətbuat xidməti bildirib ki, klub biletləri əvvəlcədən və ümumi əsaslarla alıb:

"Klub işçiləri bütün digər sərnişinlər kimi təxminən 4,5 saat gözləmək məcburiyyətində qalıblar. Nəticədə biz Kişinyova çox gec və oyunöncəsi cədvəli kobud şəkildə pozaraq uçduq. Kişinyovda UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində yerli "Zimbru" komandası ilə qarşılaşacağıq", deyə mətbuat xidməti bildirib.

Klub sərnişinlərin futbol komandasına görə endirilməsi ilə bağlı xəbərləri də təkzib edib. "Ararat-Ermənistan" FK nümayəndələri bu bəyanatların reallığa uyğun olmadığını vurğulayıblar.

Daha əvvəl "FlyOne" aviaşirkətinin idarə heyətinin direktoru Aram Ananyan Sputnik Ermənistan-a bildirib ki, uçuşu həyata keçirən təyyarə ilkin olaraq nəzərdə tutulduğundan daha kiçik tutumlu olub. Bəzi sərnişinlərə həmin gün və ya bir neçə gün sonra alternativ reyslər təklif edilib.

Ananyan izah edib ki, sərnişinlər üçün oturacaqlar avtomatlaşdırılmış elektron sistemdən istifadə edilməklə ayrılıb, hansı ki, həmin reysdə kimin uça biləcəyinə müstəqil qərar verir. Sistemin seçmədiyi sərnişinlər İrəvanda qalıblar.

Qeyd edək ki, UEFA Konfrans Liqasının "Zimbru" - "Ararat-Ermənistan" oyunu sabah keçiriləcək və Bakı vaxtı ilə saat 20.45-də başlayacaq.

Poliqon.info