Çimərlik mövsümü başlayandan suda boğulma ilə bağlı 13 ölüm qeydə alınıb

Bu ilin iyun və iyul ayları ərzində Bakı şəhəri üzrə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə suda boğulma hadisəsi ilə bağlı ümumillikdə 30 nəfərin müraciəti qeydə alınıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, suda boğulanlardan 27-si kişi, 3-ü qadın olub: “Onlardan 11 nəfər xəstəxanaya təxliyə olunub, 6 nəfərə yerində yardım göstərilib. 13 nəfərin isə ölüm faktı qeydə alınıb”.

Xatırladaq ki, iyunun 15-dən ölkədə çimərlik mövsümü başlayıb.

Poliqon.info