Moskvada yüksək rütbəli zabitin avtomobili partladılıb, zabitin ayağı qopub, bir qadın yaralanıb - Yenilənib

Moskvada təxribat nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının peyk rabitəsi üzrə rəis müavini Andrey Torqaşov yaralanıb...

Moskvada təxribat nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının peyk rabitəsi üzrə rəis müavini Andrey Torqaşov yaralanıb.

APA Rusiya KİV-nə istinadən xəbər verir ki, o, partlayış nəticəsində ayağının bir hissəsini itirib.

Xatırladaq ki, bu gün Moskvanın şimalında“Toyota Land Cruiser” avtomobilinin partlaması nəticəsində kişi və qadın yaralanıb.

***

Moskvanın şimalında partladılmış avtomobil hərbçi Andrey Torqaşov və onun həyat yoldaşına məxsusdur.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Hadisə zamanı hər iki şəxsin yaralandığı bildirilib. Müstəntiqlər Moskvada “Toyota Land Cruiser” markalı avtomobilin partladılmasını adam öldürməyə cəhd kimi qiymətləndirilib.

***

Moskvada avtomobil partlayıb, qadın və kişi yaralanıb.

APA TASS-a istinadən xəbər verir ki, hadisə şəhərin Sinyavinskaya küçəsində yerləşən yaşayış binasının yaxınlığında qeydə alınıb.

Partlayış kişi və qadının “Toyota Land Cruiser” avtomobilin içərisinə əyləşdiyi zaman baş verib. Məlumata görə, hər iki şəxs yaralanıb.

Hadisənin partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verdiyi bildirilib. Faktla bağlı Rusiya İstintaq Komitəsi cinayət işi açıb.

Poliqon.info