Şimali Koreyanın göndərdiyi zibil topu Seuldakı prezident kompleksinin ərazisinə düşüb

Şimali Koreya tərəfindən buraxılan zibil balonlarından biri Seulda prezident kompleksinin ərazisinə düşüb... 

Poliqon-nun məlumatına görə, təhlillərin nəticələrinə əsasən məlum olub ki, obyektlər bioloji və kimyəvi təhlükə yaratmır.

Yonhap agentliyi dövlət başçısının təhlükəsizlik xidmətinə istinadən yazır ki, dağıntılar Cənubi Koreya prezident administrasiyasının və ölkənin Müdafiə Nazirliyinin binalarının yaxınlığında tapılıb. Bundan bir qədər əvvəl Cənubi Koreya rəsmiləri Şimali Koreyadan zibil olan bir neçə şarın növbəti dəfə buraxılması barədə məlumat vermişdilər.

Şimali Koreya səlahiyyətliləri Şimali Koreya ərazisində tapılan təbliğat materiallarına cavab olaraq Cənubi Koreyanı "kağız və zibil tullantıları ilə dağıdacaqlarına" söz verib. Mayın sonundan indiyədək 3 mindən çox şar havaya buraxılıb və onların bəzilərində parazitlər aşkar edilib. 

Cənubi Koreya da öz növbəsində iyunun 9-da 2016-cı ildən bəri ilk dəfə olaraq Şimali Koreya ilə sərhəddə ölkə hökumətini tənqid edən səsgücləndiricilər vasitəsilə yayımı bərpa edib.

Poliqon.info