İlon Mask Trampın kampaniyasına ayda 45 milyon dollar vermə planını rədd edir

Amerikalı sahibkar İlon Mask ABŞ prezidentliyinə namizəd Donald Trampın seçki kampaniyasını dəstəkləyən "Amerika PAC" siyasi fəaliyyət komitəsinə ayda 45 milyon dollar ayırmaq niyyətində olmadığını bildirib...

Poliqon xəbər verir ki, iş adamı bu barədə yazıçı Cordan Burnt Petersonla müsahibəsində danışıb.

"Mən heç vaxt Trampa ayda 45 milyon dollar verəcəyimi deməmişəm. Bu, sadəcə olaraq, doğru deyil", deyə İlon Mask bildirib.

Bundan əvvəl media "SpaceX"in təsisçisinin Respublika kampaniyasını maliyyələşdirmək planları haqqında məlumat vermişdi.

"The Wall Street Journal" keçən həftə bildirmişdi ki, İlon Mask Trampı dəstəkləmək üçün "Amerika PAC"a ayda 45 milyon dollar göndərməyi planlaşdırır. "New York Times" isə yazıb ki, sahibkar planları barədə yaxın ətrafına danışıb. 

"Amerika PAC" son bir neçə həftə ərzində Donald Trampın yenidən seçki kampaniyasını dəstəkləmək üçün təxminən 15 milyon dollar xərcləyib. Təşkilat rəsmi olaraq onun seçki qərargahı ilə əlaqəli deyil.

Poliqon.info