Mikayıl Cabbarov Mark Karni ilə müzakirələr apardı

"Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Fəaliyyəti və Maliyyə üzrə xüsusi elçisi və Xalis sıfır üzrə Qlazqo Maliyyə Alyansının həmsədri Mark Karni ilə iqlim dəyişikliyi ilə mübarizə sahəsində iqtisadi məsələləri müzakirə etdik".

Poliqon xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" sosial şəbəkə hesabında paylaşım edib:

"Xalis sıfır hədəfinə uyğun biznes həllərinə investisiya, dayanıqlı fəaliyyətə keçid, COP29 çərçivəsində əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi apardıq".

Poliqon.info