Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi

Xalq artisti Ağadadaş Ağayev balta ilə xəstəxana mühafizəçisinə hücum edib və nəticədə tərəflər əlbəyaxa olublar...

Lent.az-ın əldə etdiyi məlumata görə, Ağadadaş Ağayev qarşılıqlı ittiham qaydasında əks tərəfdən şikayət verib.

O, şikayətində döyüldüyünü bildirib.

Hazırda polis hər iki tərəfin şikayətləri əsasında araşdırmaları davam etdirir.

***

Xalq artisti Ağadadaş Ağayevi döyən "MedEra" xəstəxanasının gözətçisi Nurəddin Cəlilov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Poliqon.info