Türkiyə ordusu İraqda terrorçuların xeyli silah-sursatını ələ keçirib
Türkiyə Silahlı Qüvvələri İraqın “Pənçə Kilit” bölgəsində axtarış tədbirləri həyata keçirib və terrorçuların xeyli sayda silah-sursatını ələ keçirib...
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, ələ keçirilən silah-sursatlar arasında 1000 ədəd “Doçka” sursatı, 7 ədəd 107 millimetrlik roket sursatı, 10 ədəd piyada əleyhinə mina, 2 ədəd su deposu, 1 ədəd OP kamera və digər ləvazimatlar var.
Poliqon.info