Politoloq: Bu tarixi fürsətdən Ermənistan istifadə etməlidir...

Azərbaycan Ermənistanı COP29 İqlim sammitinə dəvət edib...

İlyas Hüseynov: “Çox istərdim ki, Ermənistan tərəfi qlobal ekoloji problemlərin müzakirəsi platforması kimi Azərbaycana təşrif buyursun və müzakirələrdə iştirak etsin”.

“Ümid edirəm ki, bu tədbir böyük sosial, siyasi, iqtisadi nəticələrlə yadda qalacaq”.

Bu sözləri politoloq İlyas Hüseynov Azərbaycan Ermənistanı COP29 İqlim sammitinə dəvət etməsini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Azərbaycan Ermənistanı COP29 İqlim sammitinə dəvət edib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, İrəvana dəvət göndərilib.

Bəs, Ermənistan Azərbaycanın COP29-da iştirak dəvətini qəbul edib, qlobal problemlərin həllində iştirak edəcəkmi?

Mövzunu Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Ermənistan Azərbaycanın sülh yönündə olan dəvətini qəbul edilməlidir”.

Bu tədbirdə həm də Cənubi Qafqazda gedən ekoloji proseslər, biomüxtəlifliyin qorunması və məhz vahid bir coğrafiyada ekologiyanın qorunması istiqamətində çox konstruktiv müzakirələrin keçirilə biləcəyini proqnoz edən politoloq əlavə edib ki, bu Cənubi Qafqazda sülhü, təhlükəsizliyi və sabitliyi bir qədər də möhkəmləndirər:

“COP29-un keçirilmədi ölkəmiz üçün qlobal hadisədir. Nəzərə almaq lazımdır ki, ötən ilin dekabrında Ermənistan öz namizədliyini geri çəkdikdən sonra, Bolqarıstan da analoji addımı atdı. Azərbaycan isə yekdil şəkildə bu tədbirin keçirilməsinə nail oldu. Bu ilin noyabrında Azərbaycan BMT-nin iqlim dəyişikliyi üzrə tərəflər konfransının Zirvə toplantısını keçirəcək. Ümid edirəm ki, bu tədbir böyük sosial, siyasi, iqtisadi nəticələrlə yadda qalacaq.

Eyni zamanda, Azərbaycan tərəfi Ermənistanı da bu tədbirə dəvət edib. Bu barədə çoxsaylı müzakirələr var idi. Həmçinin, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin, çərçivə sazişinin, razılaşdırılmış prinsiplərin imzalanması haqqında da fikirlər hələ də mövcuddur, aktualdır. Çox istərdim ki, Ermənistan tərəfi qlobal ekoloji problemlərin müzakirəsi platforması kimi Azərbaycana təşrif buyursun və müzakirələrdə iştirak etsin.

İlyas Hüseynov: “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin, çərçivə sazişinin, razılaşdırılmış prinsiplərin imzalanması haqqında da fikirlər hələ də mövcuddur, aktualdır”.

Qeyd edim ki, uzun illər ərzində işğal dövründə Ermənistan ekosit həyata keçirib. Çayların məcrasının dəyişdirilməsi, Sərsəng su anbarının məcrasının dəyişməsi fonunda Azərbaycana hiadro təhdidlər, Oxçuçaya ağır metalların axıdılması, Metsamor Atom Elektrik Stansiyasının mövcudluğu və onun bölgədə hər zaman ekoloji fəlakətə yol aça bilməsi ehtimalları və bu kimi ekologiyaya mənfi təsir göstərən addımlar atılıb.

Buna baxmayaraq, bu tədbirdə həm də Cənubi Qafqazda gedən ekoloji proseslər, biomüxtəlifliyin qorunması və məhz vahid bir coğrafiyada ekologiyanın qorunması istiqamətində çox konstruktiv müzakirələr keçirilə bilər. Bu Cənubi Qafqazda sülhü, təhlükəsizliyi və sabitliyi bir qədər də möhkəmləndirər.

Düşünürəm ki, bu tarixi fürsətdən Ermənistan istifadə etməlidir. Ermənistan Azərbaycanın sülh yönündə olan dəvətini qəbul edilməlidir”.

Nərminə UMUDLU Poliqon.info