Slovakiya üçüncü şəxslər vasitəsilə Ukraynaya mərmi tədarükünü problem hesab etmir

Slovakiyanın müdafiə naziri Robert Kalinyak deyib ki, Slovakiya istehsalı olan mərmilərin üçüncü şəxslər vasitəsilə Ukraynaya satılması hökumətin mövqeyinə zidd deyil...

Poliqon-nun məlumatına görə, o qeyd edib ki, hakimiyyət rəsmi olaraq Ukrayna ordusuna birbaşa hərbi təchizatı qadağan edib, lakin Bratislava alıcıların bu məhsulları hara yönləndirməsinə nəzarət edə bilmir.

Slovakiya ötən il hakimiyyət dəyişikliyindən sonra Ukraynaya hərbi tədarükdən rəsmən imtina edib. Lakin Bloomberg-in yazdığı kimi, slovak mərmiləri birtəhər Ukrayna ordusunun əlinə keçir. Agentliyə müsahibəsində Robert Kalinyak bildirib ki, sursatları haradan tədarük edəcəyinə alıcılar özləri qərar verirlər.

"Bizim siyasi bəyannamədə deyilir ki, biz Ukraynaya pulsuz hərbi yardım göstərməyəcəyik, çünki bununla biz münaqişəni dəstəkləmiş olarıq. Amma biz müdafiə təyinatlı məmulatların istehsalını məhdudlaşdırmayacağıq, çünki bu, ümumi daxili məhsulu dəstəkləyir", deyə Kalyank bildirib. 

O qeyd edib ki, Slovakiya iri çaplı döyüş sursatlarının istehsalını 2025-ci ildə hazırkı 125 mindən 200 minə çatdırmaq niyyətindədir.

2023-cü ilin oktyabrında Slovakiya hökumətinə Robert Fiko başçılıq edirdi. Fiko vəzifəsinin icrasına başladıqdan sonra Ukraynadakı münaqişənin hərbi yolla həllinə inanmadığını və Ukrayna Silahlı Qüvvələrinə silah tədarükünü qadağan edib. O, daha sonra izah etdi ki, qadağa yalnız Slovakiya ordusunun arsenalında olan silahlara aiddir.

Poliqon.info