Aİ Harrisin qalib gəlməsini istəyir, amma Tramp komandası ilə də əlaqələr qururlar

Avropa liderləri ABŞ-ın vitse-prezidenti Kamala Harrisin ABŞ seçkilərində qalib gələcəyinə ümid edir. Avropa İttifaqı isə ABŞ-ın keçmiş prezidenti Donald Trampın komandası ilə əlaqələr qurur...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg yazıb.

"Avropa liderləri müxtəlif dərəcədə səmimiyyətlə ümidlərini Harrisin ABŞ-ın ilk qadın prezidenti olmaq üçün noyabr seçkilərində Trampı keçəcəyinə bağlayıblar", deyə nəşr yazıb.

Eyni zamanda, qeyd edilir ki, paralel olaraq Aİ Tramp komandası ilə əlaqələr qurmağa çalışır.

Bloomberg-in məlumatına görə, adının açıqlanmasını istəməyən Şərqi Avropa rəsmisi bildirib ki, yalnız "pis adamlar" Trampın qalib gəldiyini görmək istəyir.

Politico isə yazır ki, 2024-cü ilin əvvəlində Avropa Mərkəzi Bankı (ECB) ABŞ-ın vitse-prezidenti Kamala Harrisin siyasi xarizması olmadığı və görünməz olduğu üçün seçkilərdə qalib gələ bilməyəcəyini söyləyib. Bu barədə ECB-nin icraçı şurasının üzvü İzabelle Şnabelin bəyanatına istinadən yazır.

Nəşr Şnabeldən sitat gətirir: "Onlar əvvəldən Kamala Harrisin yerinə başqa namizəd irəli sürməli idilər. O, heç vaxt seçkidə qalib gəlməyəcək, demək istəyirəm ki, bu, ümidsizdir... Mən onu heç tanımıram, çünki o, çox görünməz idi".

Eyni zamanda, Politico-nun yazdığı kimi, ECB bu bəyanatı "yanıldıcı" adlandıraraq, Şnabelin heç vaxt siyasi hadisələri açıq şəkildə şərh etmədiyini deyib.

Poliqon.info