Polşa Aİ-dən Rusiyaya qarşı uzaqmənzilli zərbələrə qoyulan məhdudiyyətləri aradan qaldırmağı xahiş edib

Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski Avropa İttifaqı ölkələrini Ukraynaya Rusiyaya zərbələr endirmək üçün uzaqmənzilli silahlardan istifadə etməyə icazə verməyə çağırıb...

Poliqon PAP-a istinadən xəbər verir ki, Aİ ölkələrinin xarici işlər nazirlərinə müraciəti zamanı o, qadağanın götürülməsinin Ukraynaya Rusiya təyyarələrinin havaya qalxdığı aerodromlara çatmasına imkan yaradacağını bildirib. 

Nazirin sözlərinə görə, söhbət zamanı Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Ukraynadakı çətin vəziyyəti etiraf edib.

"Bu, tam hüquqlu özünümüdafiə, beynəlxalq hüquq nöqteyi-nəzərindən qanuni olardı. Uşaq onkoloji xəstəxanalarının qorunması eskalasiya deyil", deyə o əlavə edib.

Sikorski həmçinin Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini və ilin sonuna qədər Ukrayna üçün kredit almaq üçün Rusiya aktivlərindən istifadə edilməsini istəyib.

Qeyd edək ki, Ukrayna Rusiya Federasiyası ərazisindəki hərbi obyektləri və aerodromları vura bilmək üçün müttəfiqlərindən Qərb silahlarından zərbələrə qoyulan qadağanı ləğv etməyi xahiş edib.

Yazda NATO-nun baş katibi Yens Stoltenberq demişdi ki, Ukrayna özünü effektiv şəkildə müdafiə edə bilmək üçün ona qoyulan qadağanı ləğv etməyin vaxtı çatıb.

Daha sonra Şimali Atlantika Alyansına üzv olan bir sıra ölkələr Rusiya Federasiyasına qarşı öz silahlarından istifadənin əleyhinə olmadıqlarını açıqlayıblar. Vaşinqton da qadağanı ləğv edib, ancaq qismən.

Poliqon.info