ABŞ Arktikanın strateji qarşıdurma arenasına çevrildiyini elan edib

Pentaqon Arktika strategiyasını yeniləyib...

Poliqon xəbər verir ki, Amerika Müdafiə Nazirliyinin məlumatına görə, region "strateji qarşıdurma meydanına çevrilir".

Vaşinqton "yeni strateji yanaşma"nın hazırlanmasının zəruriliyini Rusiya-Ukrayna münaqişəsi, Finlandiya və İsveçin NATO-ya daxil olması, "Çin və Rusiya Federasiyası arasında artan əməkdaşlıq" və iqlim dəyişikliyi ilə izah edib.

Sənəddə deyilir: "Getdikcə əlçatan olan bu region strateji qarşıdurma meydanına çevrilir və Birləşmiş Ştatlar müttəfiqləri və tərəfdaşları ilə birlikdə çağırışlara hazır olmalıdır".

Birləşmiş Ştatlar Arktika regionunda Çin və Rusiya arasında əməkdaşlıqdan narahatdır və Pentaqon onların qarşılıqlı fəaliyyətini izləməyə davam edir. Vaşinqton Rusiyanın ABŞ və müttəfiqlərinin ərazisi üçün potensial təhlükə yaradan artan imkanlarından narahatdır.

ABŞ bu strategiyanın Arktikada sabitliyin qorunmasına yönəldiyini iddia edir. Vaşinqton dinc, sabit, firavan və əməkdaşlıq regionu yaratmağa çalışır. 

Sənəd müttəfiqlər və tərəfdaşlarla, o cümlədən təlimlər çərçivəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsini nəzərdə tutur. 2030-cu illərə qədər Arktika əməliyyatları üçün istifadə oluna biləcək 250-dən çox çoxməqsədli döyüş təyyarəsinin yaradılması planları var.

Poliqon.info