Balakəndə avtomobil qadını vuraraq öldürüb    

Balakən rayonun Talalar kəndi ərazisində avtomobil qadını vuraraq öldürüb...

Bu barədə Poljqon-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qurupundan məlumat verilib

Bildirilib ki, iyulun 22-də saat 21 radələrində Balakən rayonunun Talalar kəndi ərazisində Ramil Mamedov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən piyada, 1955-ci il təvəllüdlü Sürəyya Murtuzəliyevanı vurub. Qadın aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Poliqon.info