FETÖ-yə qarşı “KISKAÇ-23" əməliyyatı keçirilib, 73 nəfər saxlanılıb

Türkiyənin 16 rayonunda Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı əməliyyat keçirilib...

“Report” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Onun sözlərinə görə, 4 gün ərzində həyata keçirilən “KISKAÇ-23" adlı əməliyyatlar nəticəsində 73 nəfər saxlanılıb.

“Millətimizin duası və dəstəyi ilə terror təşkilatları və onlarla əlbir olanlara qarşı əməliyyatlarımız qətiyyətlə davam edəcək”, - paylaşımda vurğulanıb.

Poliqon.info