Şamaxıda mikroavtobusla minik maşını toqquşub, xəsarət alanlar var

Şamaxıda mikroavtobusla minik maşını toqquşub, xəsarət alanlar var.. 

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə Muğanlı istiqamətində baş verib.

Xəsarət alanların olduğu bildirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, əraziyə polis əməkdaşları cəlb olunub.

Bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalar aparılır.

Poliqon.info