Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var

Şəkidə minik avtomobilləri toqquşub...

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki şəhəri ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, “VAZ-21010” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər - 1997-ci il təvəllüdlü Şəki rayonu Aşağı Küngüt kənd sakini Lətif Kazım oğlu Hacılı, 1956-cı il təvəllüdlü Şəki rayonu Baş Küngüt kənd sakini Əjdər Şəmsəddin oğlu Səlimov və 1968-ci il təvəllüdlü Şəki rayonu Baş Kəldək kənd sakini Yaşar Yaraməd oğlu Pirməmmədov xəsarət alıb. Onlar Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info