Yevlaxda ata və azyaşlı oğlu yanğında xəsarət alıb -Yenilənib

Yevlax şəhərində ümumi sahəsi 64 kvadratmetr sahəsi olan fərdi evdə yanğın olub...

Baş verən yanğın hadisəsi ilə əlaqədar 2 nəfər (kişi cinsli) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 2000-ci il təvəllüdlü şəxsə bel nahiyəsinin yüngül yanıq xəsarətləri diaqnozu təyin edilib:

"Zəruri tibbi xidmətlər göstərilən şəxs ambulator müalicə üçün evə buraxılıb. 2022-ci il təvəllüdlü azyaşlıya bədənin bütün hissələrinin II və III dərəcəli diaqnozları təyin edilib. Vəziyyəti ağır olan azyaşlı Bakı şəhərindəki müvafiq tibb müəssisəsinə təxliyə olunub".

***

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində 2000-ci il təvəllüdlü S.Kərimov və onun iki yaşlı oğlu yanıq xəsarətləri alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Hadisə nəticəsində üçotaqlı ev tam yanıb. Yanğın Fövqəladə Hallar Nazirliyinin Yevlax rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info