ADY növbəti “Təhlükəsizlik həftəsi”ni elan edib

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) növbəti “Təhlükəsizlik həftəsi”ni elan edib...

ADY-dən Poliqon-a verilən məlumata görə, kampaniya 22-28 iyul tarixlərini əhatə edəcək.

Kampaniya çərçivəsində dəmir yolları ətrafında yerləşən ərazilərdə yaşayan sakinlərin təhlükəsizlik qaydalarından xəbərdar olması və bu qaydalara əməl etməsi üçün profilaktik söhbətlər aparılacaq.

Bundan başqa, sərnişinlərin dəmir yolundan istifadə zamanı təhlükəsizliyə riayət etmələri üçün ənənəvi və sosial mediada, qatarlarda, vağzal və stansiyalarda intensiv maarifləndirilmə tədbirləri keçiriləcək.

Bununla yanaşə mal-qaranın dəmir yolu ərazisində sahibsiz buraxılaraq qatarların hərəkətinə təhlükə törətməsinin qarşısını almaq üçün təsərrüfat sahibləri ilə görüşlər keçiriləcək;

Kamoaniya zamanı təhlükəsizlik barədə məlumatlılığın artırılması üçün infrastrukturda aparılan işlər barədə geniş məlumat veriləcək.

Poliqon.info