SPD üzvləri Şoltsun ​​öz yerində olmadığını düşünürlər

Kansler Olaf Şolts partiyasında dəstəyini itirib...

Poliqon xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, Almaniya kansleri ABŞ prezidenti Co Bayden kimi geri çəkilməsi müzakirə edilməkdədir. SPD üzvlərinin yalnız üçdə biri Olaf Şoltsu kanslerliyə uyğun namizəd hesab edir. Hətta, Olaf Şoltsun partiyası növbəti federal seçkidə məğlubiyyətlərini Şoltsla əlaqələndidirlər.

Bild yazır ki, sorğunun nəticələri kanslerin yay tətilini məhv edəcək. Belə ki, sorğuda iştirak edən SPD üzvlərinin 33 faizi müdafiə naziri Boris Pistoriusun SPD-nin növbəti kansler namizədi olmasının lehinə çıxış edib. Vir çoxları onu hazırda kansler görmək istəyirlər.

Sorğuda iştirak edənlərin yüzdə 8-i partiyanın ortaq lideri Lars Klingbeilin kansler olmasını istəyir.

Onu da qeyd edək ki, müdafiə naziri Pistorius özünün gələn il kansler postuna namizəd olmaq ambisiyalarının olması ilə bağlı şayiələri təkzib edib.

Poliqon.info