Obama Harrisi dəstəkləməkdən imtina edib

Keçmiş prezident Bayden üçün Ağ Ev uğrunda yarışa girməyə hazırlaşan Kamala Harrisi dəstəkləməkdən imtina edib...

Bu barədə Poliqon Bild nəşrinə istinadən xəbər verir.

Nəşr yazır ki, hardasa dörd həftə ərzində Co Bayden Trampla qalmaqallı debatından sonra getdikcə daha yüksək səslənən geri çəkilmə çağırışlarını susdurmağa çalışdı. Ancaq bazar günü 81 yaşlı prezident Ağ Ev uğrunda yarışdan geri çəkildiyini elan etdi.

Baydenin istefasından sonra Demokratlar arasında hərəkətlənmələr artdı. Baydenin təşviqat komandası rəsmi olaraq vitse-prezident Kamala Harrisi prezidentliyə namizəd elan eləsələr də, Demokratların bıziləri bunu xoş qarşılamadılar. Onlardan biri də ABŞ-ın sabiq prezidenti Barak Obamadır.

Onu da qeyd edək ki, The New York Post qəzetinə görə, Bayden X sosial şəbəkəsində geri çəkildiyini elan etdikdən qısa müddət sonra təxminən 50 milyon dollar əlavə ianə toplanıb.

Poliqon.info