Almaniyada Trampın qələbəsindən qorxaraq böhran qrupu yaradılıb

Almaniya Xarici İşlər Nazirliyi ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçkilərin nəticələrindən sonra dövlət başçısı postuna qayıtması ssenarisi üzərində işləyən böhran qrupu yaradıb...

Poliqon xəbər verir ki, bu barədə Britaniyanın Financial Times qəzeti yazıb.

"Almaniya Xarici İşlər Nazirliyində diplomatlar çoxlarının çoxdan qeyri-mümkün hesab etdiyi ssenariyə hazırlaşmağa can atırlar: Donald Trampın qayıdışı", deyə nəşr yazıb.

Qeyd olunur ki, Almaniya Xarici İşlər Nazirliyinin bir sıra departamentlərinin əməkdaşları noyabr ayında ABŞ seçkilərində Trampın qələbəsinin Almaniya üçün nə demək olduğunu müzakirə etmək üçün bir növ qeyri-rəsmi böhran qrupu yaradıblar.

Qəzetin vurğuladığı kimi, Almaniyada bu yolla onlar Trampın qələbəsinə hazırlaşmağa davam edirlər. Perspektiv Berlində dərin narahatlıq yaradır.

Qeyd edək ki, hazırkı prezident, 81 yaşlı Co Bayden bir gün əvvəl, iyulun 21-də prezidentlik yarışından geri çəkilmək qərarını açıqlamışdı. Bir çox demokratlar Donald Trampla debatdan və bir sıra digər ictimai çıxışlardan sonra onu seçkidən çəkilməyə çağırıb. 

Bayden bu qərarı onunla izah edib ki, o, səlahiyyət müddətinin qalan hissəsində prezident kimi fəaliyyət göstərməyə fokuslansa, bunun ölkənin və partiyanın maraqlarına uyğun olacağına inanır. Dövlət başçısı Demokratlar Partiyasını Kamala Harrisi namizəd kimi irəli sürməyə dəvət edib. O, namizədlik uğrunda mübarizə aparmağa razılıq verib.

Poliqon.info