Cozep Borrel: Aİ müharibəyə təkan vermir, Ukraynanı təcavüzdən qoruyur

Qapalı iclasda Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Macarıstanın baş naziri Viktor Orbanın Moskva və Pekinə "sülhməramlı" səfərinin nəticələrini, habelə Macarıstanın BMT Təhlükəsizlik Şurasının iclasında Aİ-nin guya Ukraynadakı müharibəni "dəstəklədiyi" ilə bağlı qəbuledilməz bəyanatları müzakirə edəcəklər.

Poliqon xəbər verir ki, bunu Aİ-nin ali nümayəndəsi Cozep Borrel Brüsseldə Aİ ölkələrinin xarici işlər nazirlərinin görüşü başlamazdan əvvəl deyib.

"Bu gün mən nazirlərlə yalnız son həftələrdə baş nazir Orbanın Kiyev, Moskva və Pekinə səfəri və onun xarici işlər nazirinin BMT Təhlükəsizlik Şurasındakı çıxışı kontekstində baş verənləri müzakirə etmək üçün qapalı görüş keçirəcəyəm. O, Aİ-ni müharibənin "təhrikində" ittiham edib. Bu, tamamilə qəbuledilməzdir", deyə Borrell bildirib.

O, Avropa İttifaqının Ukraynanı dəstəklədiyini və BMT Nizamnaməsi əsasında bu müharibəyə son qoymağa çalışdığını vurğulayıb.

"Biz üzv dövlətlərin eyni zamanda Aİ-də dövri sədrliyi təmsil edən ölkənin bu cür mövqeyini necə qiymətləndirdiyini müzakirə edəcəyik. Avropa İttifaqı müharibəyə təkan vermir. O, müharibənin tərəfi deyil, lakin Ukraynanı təcavüzdən qoruyur", deyə Aİ-nin yüksək nümayəndəsi vurğulayıb.

Poliqon.info