İlon Mask Avropanı tənqid edib, Harrisi kukla adlandırıb

ABŞ-ın Şimali Atlantika Alyansına verdiyi töhfələr Avropa ölkələrinin öz müdafiəsi üçün ödəyə biləcəyi töhfələrdən absurd dərəcədə yüksəkdir...

Poliqon xəbər verir ki, bunu amerikalı sahibkar və iş adamı İlon Mask X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

"NATO-ya gəlincə, Birləşmiş Ştatların verdiyi töhfə digər müttəfiqlərdən absurd dərəcədə yüksəkdir" deyən Mask ABŞ-ın niyə Avropanın müdafiəsi üçün pul ödəməyə məcbur olduğu barədə sual verib.

Sahibkarın fikrincə, Avropanın özü regionun təhlükəsizliyini təmin etməyə qadirdir.

İlon Mask ABŞ-ın hazırkı vitse-prezidenti və Ağ Evin rəhbəri vəzifəsinə yeni namizəd Kamala Harrisi amerikalı maliyyəçi Corc Sorosun oğlu Aleksandr Sorosun kuklası adlandırıb. 

Sorosun Harrislə fotosunu və ABŞ vitse-prezidentinə dəstək mesajını dərc etdikdən sonra Mask deyib: "Sadəcə Aleksander Sorosa onun növbəti kuklasının kim olacağına şübhə etmədiyi üçün təşəkkür etmək istərdim".

Maskın sözlərinə görə, Baydenin ikinci müddətə namizəd olmamaq qərarı demokratların mövcud siyasi maşını qoruyarkən sadəcə daha yaxşı işləyəcək bir kukla istəməsi ilə izah olunur.

Mask Co Baydenin seçki yarışından geri çəkilməsindən sonra demokratların Respublikaçı namizəd Donald Trampdan qorxduğunu bildirib. Onun fikrincə, Tramp kukla deyil:

"Əsl hakimiyyət köhnə kukladan imtina edərək ictimaiyyəti aldatmaq şansı daha yüksək olan kuklanın xeyrinə seçim etdi. Onlar Trampdan qorxurlar, çünki o, kukla deyil".

Poliqon.info