Amerikalı milyarder Baydenin seçkidən çıxmasını dövlət çevrilişi adlandırıb

Amerikalı iş adamı və milyarder Devid Saks ABŞ prezidenti Co Baydenin seçki yarışından geri çəkilməsini dövlət çevrilişi ilə müqayisə edib...

Poliqon xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Saks deyib ki, Bayden ABŞ-ı banan respublikasına çevirib. İndi də banan respublikasında olduğu kimi, dövlət çevrilişi nəticəsində devrilib.

Qeyd edək ki, hazırkı prezident, 81 yaşlı Co Bayden bir gün əvvəl, iyulun 21-də prezidentlik yarışından geri çəkilmək qərarını açıqlamışdı. Bir çox demokratlar Donald Trampla debatdan və bir sıra digər ictimai çıxışlardan sonra onu seçkidən çəkilməyə çağırıb. 

Bayden bu qərarı onunla izah edib ki, o, səlahiyyət müddətinin qalan hissəsində prezident kimi fəaliyyət göstərməyə fokuslansa, bunun ölkənin və partiyanın maraqlarına uyğun olacağına inanır. Dövlət başçısı Demokratlar Partiyasını Kamala Harrisi namizəd kimi irəli sürməyə dəvət edib. O, namizədlik uğrunda mübarizə aparmağa razılıq verib.

Poliqon.info