ABŞ Trampa sui-qəsd cəhdini araşdırmaq üçün ikitərəfli komissiya yaradıb

ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri Alejandro Mayorkas ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdini araşdırmaq üçün ikitərəfli komissiya təyin edib...

Poliqon xəbər verir ki, bu barədə idarənin açıqlamasında bildirilir.

"Biz iyulun 13-də baş verənlərin mahiyyətinə varmağa sadiqik və mən bu mühüm araşdırmaya hüquq-mühafizə və təhlükəsizlik əməliyyatlarında onilliklər boyu təcrübə gətirəcək bu müstəqil araşdırmanın hörmətli üzvlərinə minnətdaram", deyə nazir bildirib.

Qeyd olunur ki, ikitərəfli və müstəqil araşdırma Trampa sui-qəsd cəhdi ilə bağlı davam edən FTB araşdırmasına mane olmamaq üçün aparılacaq.

Trampa sui-qəsd cəhdi iyulun 13-də Pensilvaniya ştatının Butler şəhərində keçirilən mitinqdə baş verib. Trampın qulağına atəş açılıb. Sui-qəsddən sonra keçmiş ABŞ prezidenti Butler Memorial Xəstəxanasına aparılıb. 

Poliqon.info