Tramp Ukraynanı ərazi itkiləri ilə razılaşmağa neytral dövlət statusu almağa məcbur edə bilər

ABŞ keçmiş prezident Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gələrsə, Ukraynanı Rusiya tərəfindən işğal olunan əraziləri tanımağa və neytral dövlət statusu ilə razılaşmağa məcbur edə bilər...

Poliqon xəbər verir ki,bu barədə MSNBC məlumat yayıb.

"Tramp və Cey Di Vens (vitse-prezident namizədi-red.) Kiyevin lazım gələrsə, əhəmiyyətli əraziləri Rusiyaya verəcəyi və əbədi bitərəfliklə razılaşacağı tezliklə sülh sazişinin tərəfdarıdır", deyə nəşr yazıb.

Qeyd olunur ki, Ağ Evə yeni administrasiyanın gəlişi perspektivləri ilə əlaqədar Avropada çaxnaşma artır.

Bundan əvvəl Ali Radanın deputatı Yevgeni Şevçenko bildirib ki, Tramp yenidən dövlət başçısı seçilərsə, Ukrayna lideri Volodimir Zelenskini istefaya məcbur edəcək və Ukrayna Rusiya Federasiyası ilə sülh sazişi imzalaya bilər.

Qeyd edək ki, Donald Tramp noyabr seçkilərində Demokratlar Partiyasından hazırkı vitse-prezident Kamala Harrislə mübarizə aparacaq. Hazırkı prezident, 81 yaşlı Co Bayden bir gün əvvəl, iyulun 21-də prezidentlik yarışından geri çəkilmək qərarını açıqlamışdı. Bir çox demokratlar Donald Trampla debatdan və bir sıra digər ictimai çıxışlardan sonra onu seçkidən çəkilməyə çağırıb. 

Bayden bu qərarı onunla izah edib ki, o, səlahiyyət müddətinin qalan hissəsində prezident kimi fəaliyyət göstərməyə fokuslansa, bunun ölkənin və partiyanın maraqlarına uyğun olacağına inanır. Dövlət başçısı Demokratlar Partiyasını Kamala Harrisi namizəd kimi irəli sürməyə dəvət edib. O, namizədlik uğrunda mübarizə aparmağa razılıq verib.

Poliqon.info